Digər
ABŞ Buşehrdəki AES-ə zərbə endirib?
ABŞ-ın İranın Buşehr əyalətinə endirdiyi zərbə orada yerləşən atom elektrik stansiyasına zərər verməyib.
Axar.az xəbər verir ki, bu barədə İranın “NourNyus” xəbər agentliyi məlumat yayıb.
"Amerika ordusunun Buşehr şəhərinə gecə hücumu atom elektrik stansiyasına heç bir ziyan vurmayıb. Narahatlığa heç bir səbəb yoxdur", - deyə bildirilib.
ABŞ-ın əyalətdəki hansı konkret obyektlərə zərbə endirməsi barədə informasiya verilməyib.
Mənbə
axar.az