Dünya

"San Juan" faciəsi: 44 dənizçinin ölümünə görə keçmiş komandana hökm oxundu - FOTO

09 Jul 2026, 01:48 2 baxış
"San Juan" faciəsi: 44 dənizçinin ölümünə görə keçmiş komandana hökm oxundu - FOTO
Argentinanın Santa-Krus məhkəməsi 2017-ci ildə Hərbi Dəniz Qüvvələrinə məxsus "San Juan" sualtı qayığının məhvi ilə bağlı cinayət işi üzrə qərarını açıqlayıb. Oxu.Az "La Opinion Austral" nəşrinə istinadən xəbər verir ki, sualtı qüvvələrin keçmiş komandanı Klaudio Vilyamide 3 il müddətinə şərti cəzaya məhkum edilib. Hakimlər Vilyamideni "dövlət qulluqçusunun vəzifə öhdəliklərini yerinə yetirməmək"də, həmçinin hərəkətlərinin "ehtiyatsızlıqdan insanların ölümünə səbəb olan fəlakətə gətirib çıxarması"nda təqsirli biliblər. Bununla yanaşı, məhkəmə Hərbi Dəniz Qüvvələrinin keçmiş rəisi Luis Enrike Lopes Masseoya, sualtı qüvvələr komandanlığının keçmiş qərargah rəisi Ektor Alonsoya və əməliyyatlar şöbəsinin keçmiş rəisi Uqo Korreaya bəraət verib. İttiham tərəfi hərbi rəhbərliyin sualtı qayığın son səfərindən əvvəl ekipajın texniki nasazlıqlarla bağlı şikayətlərindən xəbərdar olduğunu iddia edirdi. 44 nəfərlik heyəti olan "San Juan" dizel-elektrik sualtı qayığı 2017-ci il noyabrın 8-də Uşuaya şəhərindən yola çıxmış, noyabrın 15-də isə Mar-del-Plata şəhərindəki bazaya çatmamış əlaqə kəsilmişdi. Məlumata görə, qayıq itkin düşdüyü gün ekipaj akkumulyator bölməsinə su daxil olması barədə komandanlığa məlumat vermişdi. Bu isə qısaqapanmaya və yanğına səbəb olmuşdu. Argentina hökumətinin sifarişi ilə axtarış aparan Amerikanın "Ocean Infinity" şirkəti 2018-ci ilin noyabrında sualtı qayığı Komodoro-Rivadaviya şəhərindən 597 kilometr aralıda, 907 metr dərinlikdə aşkarlamışdı.
{{gallery}}
"San Juan" faciəsi: 44 dənizçinin ölümünə görə keçmiş komandana hökm oxundu - FOTO "San Juan" faciəsi: 44 dənizçinin ölümünə görə keçmiş komandana hökm oxundu - FOTO "San Juan" faciəsi: 44 dənizçinin ölümünə görə keçmiş komandana hökm oxundu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər