Dünya

NATO sammitində maraqlı hədiyyə: Ərdoğan liderlərə kitab bağışladı - FOTO

09 Jul 2026, 01:30 2 baxış
NATO sammitində maraqlı hədiyyə: Ərdoğan liderlərə kitab bağışladı - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Dövlət və Hökumət Başçıları Sammitində iştirak edən liderlər və onların həyat yoldaşlarının şərəfinə verilən şam yeməyindən sonra qonaqlara kitab hədiyyə edib. Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, "The Politics of Courage: Erdoğan and the Rise of Türkiye" ("Cəsarət siyasəti: Ərdoğan və Türkiyənin yüksəlişi") adlı bioqrafik əsər Ərdoğanın imzası olan xüsusi məktubla birlikdə liderlərə təqdim olunub. Beynəlxalq oxucu kütləsi nəzərə alınaraq ingilis dilində hazırlanan kitab Türkiyənin ən yeni siyasi tarixini Ərdoğanın siyasi karyerası prizmasından şərh edir. Əsərdə qərarların qəbul olunması, ölkə qarşısında duran çağırışlar, həyata keçirilən islahatlar və gələcəyə yönəlik uzunmüddətli hədəflər geniş şəkildə əksini tapıb.
NATO sammitində maraqlı hədiyyə: Ərdoğan liderlərə kitab bağışladı - FOTO NATO sammitində maraqlı hədiyyə: Ərdoğan liderlərə kitab bağışladı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər