Cəmiyyət

Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ - VİDEO

09 Jul 2026, 02:00 2 baxış
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ - VİDEO
Yeni tədris ilinin başlanmasına iki aydan çox vaxt qalsa da, valideynləri indidən maraqlandıran əsas məsələ məktəbli formalarının qiymətidir. Bəs bu il qiymətlərdə dəyişiklik gözlənilir? Oxu.Az xəbər verir ki, bu suala İctimai TV-nin videomaterialında cavab tapılıb.

Satıcı Günel Salmanovanın sözlərinə görə, hazırda qiymətlər stabil olaraq qalır və ötən ilki qiymətlərlə eynidir. Hazırda ətəklərin qiyməti 15-25 manat, köynəklərin qiyməti 15-20 manat, şalvarların qiyməti isə 15-25 manat arasında dəyişir. Qiymət artımı ilə bağlı suala cavabında satıcı hələlik qiymət artımının gözlənilmədiyini bildirib. Geyim məhsullarının xaricdən, o cümlədən Türkiyədən də gətirildiyini qeyd edən satıcı, qiymətin keyfiyyətə görə dəyişdiyini vurğulayıb. Qiymətlərin formalaşmasında xammalın maya dəyəri və istehsal xərcləri əsas rol oynayır. Ölkənin əsas geyim tədarükçülərindən olan "Bakı Tikiş Evi"ndən bildirilir ki, hazırda anbarlarda kifayət qədər parça ehtiyatı var. Lakin tələbat kəskin artarsa və əlavə xammal sifariş olunarsa, qiymətlərə yenidən baxıla bilər. "Bakı Tikiş Evi"nin satış şöbəsinin müdiri Etibar Əzimov qeyd edib ki, istehsalçı olaraq məhsulların qiymətlərinə hər il yenidən baxırlar. Təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, çoxuşaqlı ailələr üçün vahid məktəbli formasının alışı zamanı xüsusi güzəşt mexanizmi tətbiq edilməlidir. Onun fikrincə, ailədə təhsil alan şagirdlərin sayını təsdiqləyən sənədi təqdim etməklə satış məntəqələrində daha az qiymətlə məhsullardan istifadə etmək olar.
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər