İdman
"Beşiktaş" "Bavariya"nın qapıçısını transfer etdi
"Beşiktaş" "Bavariya"nın qapıçısı Aleksandr Nübelin transferini rəsmən açıqlayıb. xəbər verir ki, Türkiyə klubu 29 yaşlı almaniyalı qolkiperlə 2028/2029-cu il mövsümünün sonunadək 3 illik müqavilə imzalayıb. Mətbuatda yayılan məlumatlara görə, transferin məbləği 6.5 milyon avro təşkil edir. Müqavilədə, həmçinin 5 milyon avro məbləğində bonusların da nəzərdə tutulduğu bildirilir. Qeyd edək ki, Aleksandr Nübel 2020-ci ildən "Bavariya"ya məxsus olub. O, Münhen təmsilçisinin heyətində cəmi dörd rəsmi oyuna çıxıb, son mövsümlərini isə "Monako" və "Ştutqart"da icarə əsasında keçirib. Almaniyalı qapıçı ölkəsinin milli komandasının heyətində də çıxış edib.
Mənbə
oxu.az