İdman

Dirk Şuster məğlubiyyəti şərh etdi: "Biz ən azı bir top buraxmağa hazırlaşmışdıq"

08 Jul 2026, 22:30 2 baxış
Dirk Şuster məğlubiyyəti şərh etdi: "Biz ən azı bir top buraxmağa hazırlaşmışdıq"
"Biz "Zirə" üçün sürpriz hazırlamışdıq". xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçirilən "Zirə" - "Torpedo Kutaisi" oyunundan sonra Gürcüstan təmsilçisinin baş məşqçisi Dirk Şuster deyib. O, istədikləri oyunun alınmadığını bildirib: "Dünən də rəqibin güclü olduğunu demişdim. Biz ən azı bir qol buraxmağa hazırlaşmışdıq və cütün taleyini öz meydanımızda həll etmək istəyirdik. Amma favorit komanda qələbə qazandı. "Zirə" çox gözəl oyun nümayiş etdirdi. Komandanın heyətində fərdi ustalıq səviyyəsi yüksək olan futbolçular çoxdur. İkinci qolu buraxdıqdan sonra oyunun nəzarətini tamamilə itirdik. Hesab 3:0 olduqdan sonra isə tamamilə ruhdan düşdük". Baş məşqçi yorğunluğun nəticəyə təsir etdiyini qeyd edib: "Çətin superkubok oyunundan sonra bura gəlmişdik. Oyunçularımız çox yorğun idi. Ola bilsin ki, buna görə də nə qol vura bildik, nə də oyunumuz alındı. Əlbəttə ki, cavab qarşılaşmasında daha fərqli mübarizə aparmağa çalışacağıq. Düzdür, 3:0 hesabından geri dönüş etmək çətindir, lakin bu futboldur və hər şey ola bilər. Biz ən azından oyunu əlavə vaxta daşımaq üçün əlimizdən gələni edəcəyik". Qeyd edək ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən "Zirə" - "Torpedo Kutaisi" qarşılaşması təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı isə iyulun 16-da Kutaisidəki Ramaz Şengeliya stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mənbə oxu.az