İdman
DÇ-2026-da ən çox qolu hansı ölkə çempionatının futbolçuları vurublar?
İngiltərə Premyer Liqasının (İPL) təmsilçiləri 2026-cı il dünya çempionatında vurulan qolların sayına görə bütün milli çempionatlar arasında birinci pillədə qərarlaşıblar. xəbər verir ki, bu barədə məlumatı "MatchDay Central" statistika portalı yayıb. Portalın hesablamalarına görə, İPL-də çıxış edən futbolçular cari mundialda artıq 63 dəfə rəqib qapılarına yol tapıblar. Qeyd edək ki, DÇ-2026-da 1/8 final mərhələsinin oyunları başa çatıb. Çempionat başladığı gündən bəri ilk dəfədir ki, iyulun 8-də heç bir qarşılaşma keçirilməyəcək və komandalara istirahət verilib.
Mənbə
oxu.az