Duranla bağlı “Seltik”lə razılıq əldə olunsa da...
“Seltik”lə razılıq əldə olunsa da, müəyyən maddələr var. Həmin maddələrə görə hələ yollarımızın tam ayrıldığını deyə bilmirik.
Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyanın “Seltik” klubuna keçməyə hazırlaşan kolumbiyalı futbolçu Kamilo Duranla bağlı danışarkən deyib.
“Kamilo intizamlı və bacarıqlı futbolçudur. Onun böyük həvəsi və yüksək potensialı var. Ötən mövsüm UEFA Çempionlar Liqasında da özünü yaxşı tərəfdən göstərmişdi. Yoxluğu bizə müəyyən çətinlik yarada bilər. Amma yeni transfer etdiyimiz futbolçular da var. İstərdim ki, Duran kimi müxtəlif mövqelərdə oynaya bilən futbolçular komandamızda daim olsun. Yeni transferlər hazırda pis formada deyillər. Onlardan bəziləri sabahkı oyunda start heyətində yer ala bilər”, - Q.Qurbanov qeyd edib.