Gürcüstanda hər şeyə hazır olmalıyıq - Sadıqov
"Torpedo"ya qarşı cavab matçında hər şeyə hazır olmalıyıq.
Axar.az xəbər verir ki, bunu “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov "Torpedo" ilə matçdan sonra mətbuat konfransında deyib.
"Rəqibin heyətində yaxşı futbolçular var. Onlara meydanda təzyiq göstərməyə çalışdıq. Gürcüstan klubu bizdən daha hazırlıqlı idi. Hamımız birlikdə cavab görüşünə hazırlaşmalıyıq. Səfərdə daha yaxşı oyun sərgiləməyik ki, mərhələni keçən tərəf biz olaq. Bütün rəqiblərə hörmətlə yanaşıram.
Rəqibə təzyiq göstərmək istəyirdik. Uğurlu alındı. Qarşılaşmanın sonunda yorğunluğu hiss etdik. Hesabı daha da artıra bilərdik. Amma alınmadı. Qarşıda bizi önəmli cavab matçı gözləyir. Futboldur. Onlar da bizə qalib gələ bilərdi. Dünya futbolunda 5-10 dəqiqə içində gözlənilməz hadisələr baş verə bilər", - R.Sadıqov vurğulayıb.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.