İdman

Braziliya millisinin təyyarəsi ABŞ-ni cəmi bir futbolçu ilə tərk etdi

08 Jul 2026, 19:24 2 baxış
Braziliya millisinin təyyarəsi ABŞ-ni cəmi bir futbolçu ilə tərk etdi
2026-cı il dünya çempionatı ilə vidalaşan Braziliya yığmasının təyyarəsi ABŞ-dən qeyri-adi şəkildə ayrılıb. Oxu.Az "Metropoles" nəşrinə istinadən xəbər verir ki, ölkəyə qayıdan təyyarənin göyərtəsində cəmi bir futbolçu olub. Yayımlanan məlumata əsasən, həmin sərnişin İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" klublarındakı çıxışları ilə tanınan, hazırda isə Braziliyanın "Flamenqo" komandasında forma geyinən 34 yaşlı müdafiəçi Danilodur. Çarter reysi ilə Braziliyaya qayıtmağa yalnız o üstünlük verib, yığmanın digər üzvləri isə mundialı tərk edərək birbaşa tətillərinə yollanıblar. Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti isə şəxsi evinin yerləşdiyi Kanadaya uçub. Xatırladaq ki, 1/8 final mərhələsində Norveç yığması Braziliya komandasından üstün olub və görüş 2:1 hesabı ilə yekunlaşıb. Erlinq Holand 79-cu və 90-cı dəqiqələrdə dubl edib. 90+10-cu dəqiqədə Neymar penaltini dəqiq yerinə yetirərək fərqi azaltsa da, bu qol Braziliyanı xilas etməyə yetməyib. Futbol üzrə Dünya Çempionatı iyunun 11-də başlayıb və iyulun 19-dək ABŞ, Meksika və Kanadada davam edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər