İdman

Qurban Qurbanov futbolçusunun "Seltik"ə transferinə münasibət bildirib

08 Jul 2026, 19:48 2 baxış
Qurban Qurbanov futbolçusunun "Seltik"ə transferinə münasibət bildirib
"Kamilo Duran "Seltik"də tibbi müayinədən keçib". Oxu.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Vestri" ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. * "Qarabağ"ın baş məşqçisi: "Oyun üslubunu hələ tam formalaşdırmamışıq" Baş məşqçi bildirib ki, hazırda müqavilə ilə bağlı bəzi prosedurlar davam edir: "Bu proseslər tamamlandıqdan sonra o, komandadan ayrılacaq. Kamilo bizim ən yaxşı oyunçularımızdan biri idi. Avrokuboklarda özünü həmişə yaxşı tərəfdən göstərirdi. Belə bir futbolçunun getməsi bizim üçün itkidir. Ancaq gələcəyə yönəlik qazancımız da var. Azərbaycana, xüsusilə "Qarabağ"a gələn oyunçuların bir çoxu sonradan xaricə transfer olunub. Bu, futbolumuza və klubumuza olan diqqəti artırıb. İstərdim ki, heyətimdə Duran kimi oyunçum olsun". Xatırladaq ki, "Qarabağ" - "Vestri" matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər