İdman
Bir dövrün sonu: Xorvatiyaya iki DÇ medalı qazandıran baş məşqçi postunu tərk etdi
Zlatko Daliç rəsmən Xorvatiya milli komandasının baş məşqçisi vəzifəsini tərk edib. Oxu.Az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının yaydığı rəsmi bəyanatda bildirilib. 59 yaşlı tanınmış mütəxəssis ardıcıl 9 il rəhbərlik etdiyi yığma komanda ilə yollarını ayırıb. Xatırladaq ki, Zlatko Daliçin rəhbərliyi altında Xorvatiya millisi DÇ-2018-də gümüş, DÇ-2022-də isə bürünc medallara sahib çıxıb. Komandanın sonuncu çıxışı isə DÇ-2026-nın 1/6 final mərhələsinə təsadüf edib və onlar Portuqaliyaya 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıblar.
Mənbə
oxu.az