İdman

Rafael Fiziyevdən Azərbaycana mesaj: "Əbədi sənin oğlunam!" - FOTO

08 Jul 2026, 14:16 23 baxış
Rafael Fiziyevdən Azərbaycana mesaj: "Əbədi sənin oğlunam!" - FOTO
Azərbaycanı təmsil edən UFC döyüşçüsü Rafael Fiziyev sosial şəbəkədə diqqət çəkən paylaşım edib. Oxu.Az xəbər verir ki, təcrübəli döyüşçü "Instagram" hesabında Azərbaycana həsr olunmuş şeir misralarını paylaşıb. Fiziyev paylaşımında bu sözləri yazıb: "Sən mənim nəfəsimsən, sən mənim çörəyim, suyumsan! Qarşımda şəhərlərin qapıları açılıb. Mən bütövlüklə sənə məxsusam, əbədi sənin oğlunam, Azərbaycan, Azərbaycan!" Döyüşçünün paylaşımı qısa zamanda izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və çoxsaylı bəyənmə ilə şərhlər toplayıb. Xatırladaq ki, Rafael Fiziyev son olaraq Bakıda keçirilən "UFC Fight Night Baku"da meksikalı rəqibi Manuel Torresi nokaut edərək qələbə qazanmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər