Dünya
Ermənistanda Tsarukyanın şəxsi zooparkından üç şir və bir pələngi müsadirə edildi
Ermənistan İstintaq Komitəsi "Çiçəklənən Ermənistan" Partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın malikanəsində aparılan axtarış zamanı şəxsi zooparkdakı heyvanları və ov qənimətlərini müsadirə edib. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. * Qaqik Tsarukyan saxlanıldı - VİDEO İstintaq Komitəsi həmçinin bildirib ki, 2022-2024-cü illər ərzində Tsarukyanın rəhbərlik etdiyi mütəşəkkil qrup külli miqdarda dələduzluq edib və qanunsuz yolla əldə olunan vəsaitləri leqallaşdırıb. İddialara görə, qrup üzvləri İran vətəndaşlarına məxsus 22 milyon ABŞ dollarından çox vəsaiti mənimsəyərək qanunsuz yollarla nağdlaşdırıblar. Həmçinin, qrupun Ermənistana avtomobil, texnika və yanacaq idxalı məqsədilə bir sıra şirkətlər təsis etdikləri bildirilir. Qeyd edək ki, bir müddət əvvəl də Qaqik Tsarukyanın evində axtarış aparılmışdı.
Mənbə
oxu.az