Digər
Türkiyə AB-nin bu sisteminə qoşulmaq üçün müraciət etdi
Türkiyə Avropanın Vahid Ödəniş Zonası (SEPA) sisteminə qoşulmaq üçün rəsmi müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin maliyyə naziri Mehmet Şimşək sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, İstanbulda keçirilən Türkiyə-Avropa Birliyi Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında maliyyə-iqtisadi əməkdaşlığın genişləndirilməsi və ödəniş sistemlərinin inteqrasiyası müzakirə olunub.
Nazir qeyd edib ki, SEPA-ya üzvlük sərhədlərarası ödənişləri vətəndaşlar və biznes üçün daha sürətli, ucuz və təhlükəsiz edəcək.
Mənbə
axar.az