Cəmiyyət

Bakıda "Changan" AŞDI: ÜÇ YARALI VAR - FOTO - VİDEO

03 Jul 2026, 15:52 2 baxış
Bakıda "Changan" AŞDI: ÜÇ YARALI VAR - FOTO - VİDEO
Nəsimi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 3-də saat 13:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb. "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən üç nəfər (iki qadın, bir kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmət göstərilən pasiyentlərin müalicələri davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda bildirilir. Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.


Bildirilib ki, hadisə 4-cü mikrorayon dairəsi adlanan ərazinin yaxınlığında qeydə alınıb. Kadrlardan da göründüyü kimi, "Changan" markalı minik avtomobili aşıb. Onun taksi xidməti göstərdiyi məlum olub. Məlum olub ki, "Changan" markalı, 77-SO-145 dövlət nömrə nişanlı avtomobil 77-TQ-375 dövlət nömrə nişanlı "Hyundai Sonata"ya çırpılıb. Nəticədə avtomobildə olan iki sərnişinin xəsarət aldığı bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı aidiyyəti üzrə sorğu verilib.
Bakıda "Changan" AŞDI: ÜÇ YARALI VAR - FOTO - VİDEO Bakıda "Changan" AŞDI: ÜÇ YARALI VAR - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər