Digər
Ekspert: "Hər layihənin bir tətbiq üzərindən təqdim edilməsi çox müsbət addımdır"
"Rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahəsində həyata keçirilən islahatlardan bəhs ediriksə, bir məqamı nəzərə almaq lazımdır. İslahat dedikdə sahənin yenidən qurulması və ümumilikdə inkişaf etdirilməsi nəzərdə tutulur". Bu sözləri Oxu.Az-a açıqlamasında informasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev deyib.
Onun sözlərinə görə, bu sahədə ən əsas rollardan birini startaplar oynayır: "Hansı ki, yeni layihələrin yaradılması, bu sahəyə dəstək göstərilməsi, eyni zamanda iqtisadiyyatımızın inkişafına töhfə verilməsi vacib məsələlərdəndir. İkincisi, təbii ki, hər bir layihənin bir tətbiq üzərindən təqdim edilməsi çox müsbət addımdır. Bu zaman bütün xidmətlər bir nöqtədən əlçatan olar ki, bu da əsas üstünlüklərdən biridir. Həmçinin Azərbaycanın innovativ layihələrinin dünya miqyasında tanıdılmasına ehtiyac var. Bunun üçün də ilk növbədə həmin məhsulların yaradılması təmin edilməlidir ki, sonradan onların inkişafı mümkün olsun. Burada diqqət yetirməli olduğumuz bir neçə məsələ var. İlk növbədə dövlət sifarişlərinin müəyyən hissəsinin startaplara yönəldilməsi məqsədəuyğun olardı". "Məsələn, dövlətin hər hansı yeni məhsula və ya proqram təminatına ehtiyacı varsa, bu sifariş adətən xarici və ya iri vendor şirkətlərə verilir. Bunun əvəzində həmin layihənin büdcəsinin, məsələn, 20 faizini innovativ layihələr hazırlayan və ya yerli startaplara yönələn şirkətlərə ayırmaq olar. Belə olduqda şirkətlər öz məhsullarını hazırlamaq üzərində işləyər, ilkin demo versiyalarını təqdim edər və sonradan onları tətbiq etməyə başlayarlar. Bununla da yerli məhsulların inkişafına ciddi təkan verilmiş olar. Bunun Azərbaycanda uğurlu nümunələri də var. Nümunə olaraq "Simbrella"nı göstərmək olar. Bundan başqa, "R.I.S.K" şirkətinin "PANDA" məhsulu var ki, dünyanın müxtəlif hava limanlarında istifadə olunur və tətbiqi uğurla davam edir. Bu məhsulların hər biri Azərbaycanda hazırlanan, ilkin demo mərhələsindən keçən və sonradan dünya bazarına çıxan layihələrdir. Bunlardan başqa da oxşar inkişaf yolu keçən məhsullar mövcuddur. Onlar əvvəlcə Azərbaycanda sınaqdan keçirilir, daha sonra isə beynəlxalq bazara çıxarılır", - deyə ekspert vurğulayıb. Müsahibimiz hesab edir ki, eyni yanaşmanı digər layihələrdə də tətbiq etmək olar: "Məsələn, xarici şirkətlərə sifariş verilərkən, əgər layihənin dəyəri 100 min manatdırsa, onun heç olmasa 20 min manatını yerli şirkətlərə ayırmaq olar. Bu vəsait hesabına həmin məhsulun analoqunun və ya daha təkmil versiyasının hazırlanması üzərində iş aparıla bilər. Bunun nəticəsində bir tərəfdən xarici vendorlardan asılılıq azalacaq, digər tərəfdən isə öz məhsullarımızı dünya bazarına çıxarmaqla həm iqtisadiyyatımıza, həm də startap ekosisteminin inkişafına dəstək vermiş olacağıq". "Növbəti mərhələdə isə kibertəhlükəsizlik və digər texnologiya sahələrində kadrların xaricə axınının qarşısının alınması və onların ölkədə saxlanılması üçün xüsusi strategiya hazırlanmalıdır. Çünki bu strategiyanın əsas istiqamətlərindən biri iş mühiti və peşəkar azadlıq, digəri isə əməkhaqqıdır. Məsələn, əgər bir proqramçı xaricdə illik 100 min dollar qazanırsa, Azərbaycanda bu məbləğ 15 min manatı keçmir. Bu da 10 qat aşağı qiymət deməkdir. Təbii ki, Azərbaycanın iqtisadi reallıqları baxımından bu, normal rəqəm sayıla bilər, lakin bir proqramçı xarici dilləri, xüsusilə ingilis dilini müəyyən səviyyədə öyrəndikdən sonra rahat şəkildə xaricə köçə və orada işləyə bilir. Bu isə beyin axınına səbəb olur. Bunun qarşısını almaq üçün tədbirlər görülməli, peşəkar kadrların ölkədə qalmasını təmin edən mexanizmlər hazırlanmalıdır. Eyni zamanda, yeni kadrların yetişdirilməsi üçün də düzgün strategiyalar qurulmalıdır. Buna nümunə olaraq universitetlərdə tədrisi göstərə bilərik. Mən özüm bir neçə universitetdə dərs deyirəm. Verilən əməkhaqqına baxdıqda görürük ki, bu məbləğ peşəkar mütəxəssislərin universitetlərdə dərs deməsi üçün kifayət etmir. Bu da təbii olaraq tədrisin keyfiyyətinə gələcəkdə mənfi təsir göstərə bilər. Ona görə də bu istiqamətdə də müəyyən tədbirlərin görülməsi, stimullaşdırıcı mexanizmlərin yaradılması vacibdir", - ekspert fikrini yekunlaşdırıb.

Mənbə
oxu.az