Cəmiyyət
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsində tapşırıqlar çətinləşsə də, iştirakçı sayı artır"
"Hər il suallar və tapşırıqlar çətinləşir. Lakin buna baxmayaraq, iştirakçı sayında artan dinamika müşahidə olunur". Oxu.Az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev VI "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində deyib. O bildirib ki, yarımfinala çatmaq özü böyük nailiyyətdir: "Yarımfinal mərhələsinə çatan 331 nəfərdən 66-sı qadın, 265 nəfəri kişilərdir. Təəssüf ki, xanımların sayı azdır. Biz çox çalışırıq ki, onların sayında artım müşahidə olunub. Yarımfinalçıların 31 nəfəri dövlət proqramı xətti ilə xaricdə təhsil alıb". O əlavə edib ki, yarımfinalçıların 192 nəfəri Bakı, 139 nəfəri regionlardandır.
Mənbə
oxu.az