Dünya

Monakodakı partlayışı qadının törətdiyi ehtimal olunur

02 Jul 2026, 23:36 2 baxış
Monakodakı partlayışı qadının törətdiyi ehtimal olunur
Monako müstəntiqləri hesab edirlər ki, Reveren Per Lui Frolla küçəsində yerləşən yaşayış binasının girişinə partlayıcı qurğunu qadın yerləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, videomüşahidə kameralarının görüntülərində qara papaq, qara kofta, açıq rəngli şalvar və qara idman ayaqqabısı geyinmiş şübhəli şəxs əks olunub. İstintaq orqanları partlayışın Ukrayna ilə mümkün əlaqəsini hələ də əsas versiyalardan biri kimi araşdırır və şübhəlinin təxminən 30 yaşlarında bir qadın olduğunu ehtimal edir. Qəzetin bir neçə mənbəsinin iddiasına görə, həmin qadın partlayışdan həm bir neçə gün, həm də bir neçə saat əvvəl hadisə yerində müşahidələr aparıb. Onun sonradan qonşu ölkələrdən birinə qaçdığı ehtimal edilsə də, hansı ölkədən söhbət getdiyi açıqlanmır. Məlumata əsasən, partlayışın baş verdiyi binanın qarşısındakı skamyada həmin qadın uzun müddət oturub. Mənbənin sözlərinə görə, istifadə olunan partlayıcı qurğu kiçik ölçülü olub. Xatırladaq ki, iyunun 29-da Monakoda yaşayış binasının girişində partlayış baş verib. Hadisə nəticəsində üç nəfər yaralanıb. Yaralananlardan biri Kipr vətəndaşı Vadim Yermolayevdir. KİV onu Ukraynanın ən varlı iş adamlarından biri kimi təqdim edirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər