Dünya

NATO "AWACS" radar təyyarələrini İsveç-Kanada istehsalı olan "GlobalEye" ilə əvəz edir

02 Jul 2026, 19:48 2 baxış
NATO "AWACS" radar təyyarələrini İsveç-Kanada istehsalı olan "GlobalEye" ilə əvəz edir
Şimali Atlantika Alyansı (NATO) istismar müddətini başa vurmaqda olan ABŞ istehsalı "AWACS" uzaqmənzilli radiolokasiya və idarəetmə təyyarələri parkını İsveç və Kanada müştərək istehsalı olan "GlobalEye" sistemləri ilə yeniləməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, gələn həftə Ankarada keçiriləcək sammit çərçivəsində NATO köhnəlmiş "AWACS" hava gəmilərini İsveçə məxsus "SAAB" konserninin istehsalı olan "GlobalEye" sistemləri ilə əvəzləmək qərarını rəsmən açıqlayacaq. Məlumdur ki, "AWACS" sistemləri ABŞ-nin "Boeing E-3A" təyyarələrinin bazasında qurulub. "GlobalEye" isə Kanadanın "Bombardier Global 6000" biznes təyyarəsinin şassisi üzərində yığılır. Hər iki hava vasitəsinin əsas təyinatı yüzlərlə kilometr uzaqlıqdakı hava hədəflərini müəyyən etmək və dəqiq hədəfgöstərmə əməliyyatlarını həyata keçirməkdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər