Dünya

Yanukoviçin müşavirinin qətlində təqsirləndirilən şəxs İspaniyaya ekstradisiya olundu

02 Jul 2026, 19:00 1 baxış
Yanukoviçin müşavirinin qətlində təqsirləndirilən şəxs İspaniyaya ekstradisiya olundu
Almaniya hakimiyyəti Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin müşaviri olmuş Andrey Portnovun qətlində şübhəli bilinən şəxsi İspaniyaya təhvil verib. Oxu.Az xəbər verir ki, bu barədə Madrid məhkəməsinin mətbuat xidmətindən "RİA Novosti"yə bildirilib. "Almaniya hakimiyyəti Andrey Portnovun qətlinə görə məsuliyyət daşıdığı ehtimal edilən şübhəlini İspaniyaya göndərib və hakim Posuelo-de-Alarkonun sərəncamına verib. O, artıq ölkəmizdədir", - deyə açıqlamada qeyd olunub. Xatırladaq ki, 52 yaşlı Andrey Portnov İspaniyanın Madrid əyalətindəki Posuelo-de-Alarkon şəhərində güllələnib. O, Viktor Yanukoviçin çevrəsində əsas fiqurlardan biri olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər