Dünya
Türkiyəyə uçuşları olan sərnişinlərə xəbərdarlıq
Türkiyənin Ankara şəhərində keçiriləcək NATO zirvəsi çərçivəsində uçuşlarda dəyişikliklər yarana bilər. Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Esenboğa Hava Limanının operatoru olan TAV məlumat verib. TAV uçuşlarda dəyişikliklərin ola biləcəyini bildirərək sərnişinlərə cari uçuş məlumatlarını yoxlamaları barədə xəbərdarlıq edib. "Ankarada keçiriləcək NATO zirvəsi çərçivəsində 6-12 iyul tarixlərində bütün şəhər ərazisində tətbiq ediləcək təhlükəsizlik tədbirləri səbəbindən bəzi marşrutlarda nəqliyyat sıxlığı və nəqliyyat məhdudiyyətləri yarana bilər", - deyə bildirilib. "Hava limanına vaxtında çatmağınız üçün marşrutunuzu əvvəlcədən yoxlamağınızı və planlaşdırdığınız saatdan daha tez yola düşməyinizi tövsiyə edirik. Həmçinin 7-8 iyulda həyata keçiriləcək əməliyyat tənzimləmələri səbəbindən bəzi uçuşlarda dəyişikliklər ola bilər. Mövcud uçuş məlumatlarınızı aidiyyəti aviaşirkət vasitəsilə izləməyinizi xahiş edirik", - deyə paylaşımda qeyd edilib.
Mənbə
oxu.az