Dünya

"Bloomberg": Avropanın ABŞ-dən asılılığı azalır, Türkiyənin NATO-dakı rolu artır

02 Jul 2026, 16:48 1 baxış
"Bloomberg": Avropanın ABŞ-dən asılılığı azalır, Türkiyənin NATO-dakı rolu artır
Avropa dövlətlərinin ABŞ-nin hərbi yardımından asılılığı minimuma endirmək və öz müdafiə imkanlarını artırmaq cəhdləri fonunda Türkiyənin NATO daxilindəki nüfuzu artır. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Nəşrin təhlilinə görə, Ankara öz hərbi-sənaye kompleksinin inkişafı və silah ixracının çoxalması sayəsində alyansın getdikcə daha vacib üzvünə çevrilməkdədir. Türkiyə müəssisələri NATO üzrə müttəfiqlərinə pilotsuz uçuş aparatları, zirehli maşınlar, gəmilər, təlim-döyüş təyyarələri və radioelektron mübarizə sistemləri daxil olmaqla geniş çeşiddə məhsullar təqdim edir. "Bloomberg"in məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn NATO sammitindən ölkəsinin təşkilatdakı mövqeyini daha da gücləndirmək üçün istifadə etməyi planlaşdırır. Agentliyin məlumatına əsasən, Ankara müttəfiqlər arasında müdafiə xərclərinin daha ədalətli bölünməsinə nail olmaq və hərbi təyinatlı məhsulların ticarətinə qoyulan məhdudiyyətlərin ləğv edilməsini gözləyir. "Bloomberg" vurğulayır ki, 2024-cü ildə Türkiyənin müdafiə sənayesi ixracatının təxminən 56%-i ABŞ, Avropa dövlətləri və digər NATO müttəfiqlərinin payına düşüb. 2020-ci ildən etibarən Türkiyə hərbi-sənaye kompleksinin xarici satışlarının həcmi dörd dəfə artaraq illik təqribən 10 milyard dollara çatıb. Yazıda vurğulanır ki, Türkiyənin rolunun güclənməsi, ABŞ-nin regiondakı hərbi iştirakının azalması və Ukraynada davam edən münaqişə səbəbindən Avropa ölkələrinin təhlükəsizlik yanaşmalarına yenidən baxması fonunda baş verir.
Mənbə oxu.az

Oxşar Xəbərlər