Digər
Ukraynanın ən zəif nöqtəsi ballistik raketlərdir – İqnat
Ukraynada ballistik raket hücumlarından müdafiə üçün “Patriot” sistemləri və onlar üçün raketlərin kritik çatışmazlığı var.
Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat deyib.
Onun sözlərinə görə, Rusiyanın gecə həyata keçirdiyi hücum zamanı ballistik raketləri istənilən səviyyədə zərərsizləşdirmək mümkün olmayıb:
“Ballistik raketlərlə bağlı vəziyyət aydındır, bu, hazırda bizim ən zəif nöqtəmizdir. İndi nə işə yarayır? Hazırda müdafiə passiv - sığınacaqlar, qoruyucu strukturlar, ya da aktiv – “Patriot” sistemləri və ən əsası onlar üçün raketlərlə təşkil olunur. Bizim ən çox ehtiyac duyduğumuz məhz raketlərdir”.
Mənbə
axar.az