Cəmiyyət

Zabratda yol nişanı aşıb, sürücülər çətinliklə üzləşiblər - FOTO - VİDEO

02 Jul 2026, 16:52 1 baxış
Zabratda yol nişanı aşıb, sürücülər çətinliklə üzləşiblər - FOTO - VİDEO
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol nişanının aşması sürücülər üçün çətinlik yaradıb. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, yolun hərəkət hissəsində yerləşən nişanın aşması həm hərəkətin təhlükəsizliyinə mənfi təsir göstərir, həm də sürücülərin istiqaməti düzgün müəyyənləşdirməsini çətinləşdirir. Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, yol nişanı kənar müdaxilə nəticəsində sıradan çıxıb:
"Yol nişanı tez bir zamanda bərpa olunacaq".
Zabratda yol nişanı aşıb, sürücülər çətinliklə üzləşiblər - FOTO - VİDEO Zabratda yol nişanı aşıb, sürücülər çətinliklə üzləşiblər - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər