Rusiya üçün böyük problem: Yanacağın çatdırılması...
Moskvanı yanacaqla şəhərin özündə, eləcə də Ryazan, Nijni Novqorod və Yaroslavl vilayətlərində yerləşən dörd neft emalı zavodu təmin edir. Ukrayna hücumları nəticəsində isə həmin dörd zavodun hamısı zədələnib.
Axar.az xəbər verir ki, bu barədə “Vajnıe İstorii” məlumat yayıb.
“Hazırda enerji şirkətləri paytaxt bölgəsini benzinlə təmin edə bilmir. Moskvadakı benzin çatışmazlığını aradan qaldırmaq üçün Rusiya hakimiyyəti yanacaq tapıb onu paytaxta daşımalıdır. Kreml Belarus, Qazaxıstan, Hindistan və Çin də daxil olmaqla, yanacaq idxalını nəzərdən keçirir. Lakin əsas məsələ təkcə yanacağın həcmi deyil, həm də onun çatdırılmasıdır: dəmir yolu və liman infrastrukturu Rusiyanın Avropa hissəsinə əhəmiyyətli miqdarda benzinin sürətli daşınmasına imkan vermir”, - məlumatda deyilib.