Cəmiyyət

Azərbaycanda KURYOZ OLAY: Başqasının yerinə imtahana girmək istəyən şəxs İFŞA OLUNDU

02 Jul 2026, 16:44 1 baxış
Azərbaycanda KURYOZ OLAY: Başqasının yerinə imtahana girmək istəyən şəxs İFŞA OLUNDU
Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarını tələb olunan qaydalarla bağlı diqqətli olmağa çağırıb. Oxu.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, hər bir imtahan nəticəsi açıqlanarkən DİM tərəfindən imtahanda baş vermiş qayda pozuntuları haqqında məlumat verilir və prosesdən xaric olunmuş abituriyentlərin nəticələrinin ləğv olunması elan edilir: "Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə idman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. Yoxlama zamanı həmin şəxsin əsl kimliyi müəyyən edilərək imtahana buraxılmayıb. Burada hər iki tərəf məsuliyyət daşıyır. İlk növbədə imtahanda iştirak etməli olan şəxsin bütün imtahan nəticələri ləğv olunur və müsabiqədən kənarlaşdırılır. Eyni zamanda başqasının yerinə imtahana girmək istəyənin də hüquqi məsuliyyəti var. Təəssüf ki, bu şəxslər bəzən ali təhsil müəssisələrinin aşağı kurs tələbələri olurlar və nəticədə onlar ali məktəbdən xaric oluna bilərlər".
Mənbə oxu.az

Oxşar Xəbərlər