Digər
Rusiyanın İsveçdəki səfirliyinə PUA hücumu - Foto
İsveçdəki Rusiya səfirliyi PUA hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, dronlardan biri səfirliyin ərazisinə qırmızı boya ilə doldurulmuş konteyner atıb. Digər dron isə üzərinə əldəqayırma partlayıcı qurğunu xatırladan maket bərkidilmiş vəziyyətdə səfirlik binasının yaxınlığında yerə düşüb.
“Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərin təhlükəsizliyinə görə məsuliyyət qəbul edən ölkənin üzərinə düşür”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Rusiya XİN insidenti diplomatik nümayəndəliyin əməkdaşlarını qorxutmağa yönəlmiş cəhd kimi qiymətləndirib.
Mənbə
axar.az