Dünya

ABŞ Qüdsdə yeni səfirlik üçün torpaq sahəsini bir dollara aldı - FOTO

02 Jul 2026, 13:28 2 baxış
ABŞ Qüdsdə yeni səfirlik üçün torpaq sahəsini bir dollara aldı - FOTO
Vaşinqton Qüds şəhərində yeni səfirlik binasının inşası məqsədilə torpaq sahəsini cəmi bir dollara əldə edib. Oxu.Az xəbər verir ki, bu razılaşma barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi məlumat verib. "Əminəm ki, prezident bağladığım bu müqavilə ilə fəxr edəcək - səfirlik üçün nəzərdə tutulan çoxmilyonluq mülkü sadəcə bir dollara aldım", - deyə diplomat "X" sosial şəbəkəsində yazıb. O, həmçinin birdollarlıq əsginası dostu, İsrailin xarici işlər naziri Gideon Saara şəxsən təqdim etdiyini vurğulayıb. Bir müddət əvvəl İsrailin XİN rəhbəri ABŞ diplomatik nümayəndəliyi üçün ərazinin ayrılmasına dair müqavilənin imzalandığını rəsmən təsdiqləmişdi. Xatırladaq ki, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi 2018-ci ildə Donald Trampın qərarı əsasında baş tutub.
{{gallery}}
ABŞ Qüdsdə yeni səfirlik üçün torpaq sahəsini bir dollara aldı - FOTO ABŞ Qüdsdə yeni səfirlik üçün torpaq sahəsini bir dollara aldı - FOTO ABŞ Qüdsdə yeni səfirlik üçün torpaq sahəsini bir dollara aldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər