Dünya

Pakistanda güclü yağışlar: Ölənlər və yaralananlar var - VİDEO

02 Jul 2026, 12:00 2 baxış
Pakistanda güclü yağışlar: Ölənlər və yaralananlar var - VİDEO
Pakistanın bir neçə bölgəsində baş verən intensiv yağış, ildırım və güclü küləklə bağlı ayrı-ayrı hadisələr zamanı ən azı 14 nəfər ölüb, 27 nəfər yaralanıb. Oxu.Az-ın "Xinhua" nəşrinə istinadən xəbərinə görə, bu barədə rəsmi şəxslər məlumat veriblər. Məlumata görə, şimal-qərbdəki Xayber-Paxtunxva əyalətində ildırım vurması, qəfil daşqınlar, divarların uçması və güclü küləklər nəticəsində bir qadın və üç uşaq da daxil olmaqla, 6 nəfər ölüb, 19 nəfər yaralanıb. Yağışlar, həmçinin 38 evə zərər verib, o cümlədən iki ev tamamilə dağılıb.

Şərqdəki Pəncab əyalətinin Attok rayonunda divarların uçması nəticəsində iki uşaq ölüb, üç nəfər yaralanıb. Xilasetmə xidmətlərinin məlumatına görə, cənub-qərbdəki Bəlucistan əyalətinin Job rayonunda isə güclü küləklər nəticəsində evin damı uçub, bir qadın və uşaq da daxil olmaqla, üç nəfər ölüb, beş nəfər yaralanıb. Landi-Kotalda iki uşağı ildırım vuraraq öldürüb. Hakimiyyət orqanları qarşıdakı günlərdə yağıntıların miqdarının daha da artacağı barədə xəbərdarlıq ediblər və həssas ərazilərdə yaşayan sakinləri qəfil daşqınlar, torpaq sürüşmələri və yağışla əlaqəli digər təhlükələrə qarşı tədbirlər görməyə çağırıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər