Dünya

Bakıda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafı müzakirə edilib - VİDEO

02 Jul 2026, 08:38 2 baxış
Bakıda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafı müzakirə edilib - VİDEO
Bakıda sürətlə inkişaf edən Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunub. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global"ın Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı hazırladığı süjetdə qeyd olunub.

Bildirilib ki, Prezident İlham Əliyevlə Lyayenin təkbətək görüşündən sonra nümayəndə heyətləri arasında görüş keçirilib. Daha sonra baş tutan birgə mətbuat konfransında İlham Əliyev Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə toxunub. Dövlət başçısı çıxışında, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında sürətlə dərinləşən əməkdaşlığa da diqqət çəkib. Qeyd olunub ki, Avropa İttifaqı Azərbaycanın ən vacib ticarət tərəfdaşıdır. Avropa İttifaqı Komissiyasının sədri fon der Lyayen isə çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin liderliyini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan Prezidenti regionda sülhün və əməkdaşlığın təşviqində şəxsi liderlik nümayiş etdirib ki, bu da sabitlik, qarşılıqlı etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə Avropa İttifaqı bu prosesi dəstəkləyir və bunu da davam etdirəcək. Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı bu region üçün parlaq gələcəyə inanır və Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantının inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər