Dünya
KİV: Qazaxıstandan Rusiyaya humanitar yardım - 50 min ton benzin göndəriləcək
Qazaxıstan humanitar yardım çərçivəsində Rusiyaya 50 000 ton "Aİ-92" və "Aİ-95" markalı benzin tədarük edəcək. Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, sözügedən yanacaq Pavlodar Neft-Kimya Zavodundan və "Kondensat" neft emalı zavodundan götürülə bilər. Agentlik vurğulayır ki, 50 000 ton yanacaq Rusiya üçün cüzi bir həcm olsa da, Qazaxıstan bazarı üçün bu cür tədarük mənfi nəticələrə səbəb ola bilər. Buna baxmayaraq, tədarüklə bağlı prinsipial razılıq artıq əldə olunub.
Mənbə
oxu.az