Dünya
ABŞ və İran arasında informasiya kanalı yaradılacaq
ABŞ və İran iki ölkə arasında əldə olunmuş anlaşma memorandumunun pozulması hallarını izləmək üçün informasiya kanalı yaradacaqlar. Oxu.Az ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib. "Müşahidə qrupunun operativ rabitə kanalının sabaha qədər yaradılması qərara alınıb. Anlaşma memorandumunda aşkar edilən çatışmazlıqlar rəsmi və sənədləşdirilmiş şəkildə diqqətə çatdırılacaq, müzakirə olunacaq və onlara dair qərarlar qəbul ediləcək", - deyə o bildirib. Xatırladaq ki, iyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Bundan əlavə, iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində Doha və İslamabadın vasitəçiliyi ilə ABŞ və İran arasında həmin memorandumun icrasına dair danışıqlar keçirilib.
Mənbə
oxu.az