Dünya
Vens İrana qarşı hərbi əməliyyatların bərpa olunmasından danışdı
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İrana qarşı hərbi əməliyyatların bərpa olunması ehtimalını istisna etməyib. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, Vens bu barədə jurnalistlərlə söhbəti zamanı ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bərpa etməyəcəyinə zəmanət verib-verə bilməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib. "Mən heç bir vəd verə bilmərəm, çünki bu, təbii ki, son nəticədə iranlıların özlərini necə aparacağından asılıdır. Əgər onlar nüvə proqramını bərpa etmək qərarına gəlsələr, kommersiya gəmilərinə yenidən zərbələr endirməyə başlasalar, bu, bizim hesabдarımızı dəyişəcək. Əminəm ki, əgər buna ehtiyac yoxdursa və aydın şəkildə müəyyən edilmiş məqsəd mövcud deyilsə, prezident qoşunlarımızı geri göndərməyəcək", - deyə o qeyd edib. Bununla belə, o, ABŞ və İran nümayəndələri arasında gedən texniki məsləhətləşmələrin gedişatını müsbət qiymətləndirib. Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə İrana qarşı əməliyyatı bərpa etmək niyyətini təsdiqləməyib və Vaşinqtonla Tehran arasında işlərin yaxşı getdiyini bildirib.
Mənbə
oxu.az