Dünya

Çexiyada qoturluq epidemiyası yayıldı: Ölənlər var

01 Jul 2026, 23:24 2 baxış
Çexiyada qoturluq epidemiyası yayıldı: Ölənlər var
Çexiyada son 30 ilin ən böyük qoturluq epidemiyası qeydə alınıb. İlin əvvəlindən ölkədə 7 mindən çox yoluxma halı aşkarlanıb, dörd xəstə isə həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə Çexiya Dövlət Səhiyyə İnstitutu məlumat yayıb. Müqayisə üçün, ötən il ərzində Çexiyada 5 min yoluxma qeydə alınmışdı. Bu il isə yoluxma sayı artıq yarım il ərzində həmin göstəricini keçib və xəstələnmə səviyyəsi iki dəfə artıb. Epidemioloqların məlumatına görə, ən çox yoluxma Moraviya-Sileziya vilayətində qeydə alınıb. Burada xəstələrin əksəriyyəti 19 yaşadək şəxslərdir. Yanvarın əvvəlindən iyunun 29-dək bölgədə təxminən 670 yoluxma halı aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 200 nəfər çoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər