Dünya
Ərəbistan dənizində ABŞ hərbi helikopteri qəza enişi etdi: Bir nəfər itkin düşüb
Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter suya məcburi eniş edib. Ekipajın dörd üzvündən üçü xilas edilib, bir nəfər isə itkin düşüb. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, "USS George H.W.Bush" aviadaşıyıcısına təhkim olunmuş "MH-60S Sea Hawk" tipli helikopterin ekipajı məcburi eniş həyata keçirib. Hərbçilər hadisənin hər hansı bir hücumla bağlı olmadığını bildiriblər. Xilas edilən üç ekipaj üzvünün vəziyyətinin sabit olduğu və hazırda aviadaşıyıcının göyərtəsində olduqları qeyd edilib. İtkin düşən dördüncü ekipaj üzvünün axtarışları davam edir.
Mənbə
oxu.az