Dünya
BMT-nin pulu sentyabr ayında qurtara bilər
"BMT-nin əlində yalnız avqust ayının sonuna qədər kifayət edəcək qədər vəsait ehtiyatı var. Təşkilatın sentyabr ayında fəaliyyətini davam etdirə bilməsi üçün üzv ölkələrin müntəzəm büdcəyə üzvlük haqlarını ödəmələrinə ehtiyacı var". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin köməkçisi Çandru Ramanatan bildirib. Ramanatan əlavə edib ki, hətta bəzi üzvlük haqları daxil olsa belə, BMT-nin cari ili hesabında sıfır nağd vəsaitlə başa vurma ehtimalı qalmaqdadır. Qeyd edək ki, BMT-nin ən böyük donoru olan ABŞ-nin müntəzəm büdcəyə üzvlük haqlarını ödəməkdən imtina etməsi, həmçinin təşkilatın agentliklərinə könüllü maliyyə yardımını azaltması səbəbindən qurum ciddi likvidlik böhranı ilə üzləşib. Fevral ayının əvvəlinə olan məlumata görə, ABŞ-nin BMT-nin müntəzəm büdcəsinə üzvlük haqları üzrə borcu təxminən 2.19 milyard dollar təşkil edib ki, bu da bütün BMT ölkələrinin ümumi borcunun 95%-nə bərabərdir.
Mənbə
oxu.az