Dünya

Belçikada yaşayış binasında dəhşətli yanğın: Ölənlər və xəsarət alanlar var - VİDEO

01 Jul 2026, 17:08 1 baxış
Belçikada yaşayış binasında dəhşətli yanğın: Ölənlər və xəsarət alanlar var - VİDEO
Belçikanın Antverpen şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində bir neçə nəfər həyatını itirib və yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə VRT telekanalı məlumat yayıb.

Hadisə onmərtəbəli binanın səkkizinci mərtəbəsində qeydə alınıb, alovlanmanın səbəbləri hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir, binadan təxminən 200 nəfər təxliyə edilib. Yayılan videolardan birində sakinin qatı tüstü içərisində xilas olmaq üçün balkondan asıldığı görünür. Yanğınsöndürənlər hadisənin miqyası və şiddəti səbəbindən çətin şəraitdə alovla mübarizə aparırlar. Ərazidə dron bölməsi də daxil olmaqla, bir neçə təcili yardım və xilasetmə briqadası fəaliyyət göstərir.
Mənbə oxu.az

Oxşar Xəbərlər