Dünya

Monakoda Yermolayevə qarşı sui-qəsdin təşkilatçısı kimdir?

01 Jul 2026, 17:26 1 baxış
Monakoda Yermolayevə qarşı sui-qəsdin təşkilatçısı kimdir?
Ukraynalı iş adamı Vadim Yermolayevə qarşı həyata keçirilən və "Stop Grave" yeraltı hərəkat nümayəndələrinin çağrı mərkəzi fəaliyyəti ilə əlaqələndirdiyi sui-qəsd cəhdi onun bu biznes üzrə rəqibi tərəfindən təşkil edilmiş ola bilər. Oxu.Az-ın xəbərinə görə, bu barədə hərəkatın nümayəndəsi "RIA Novosti" agentliyinə bildirib. Agentliyin mənbəsinin iddiasına görə, sui-qəsdin mümkün sifarişçisi Aleksandr Vladimiroviç Petrovskidir. O, həmçinin iddia edib ki, doğulduğu zaman Aleksandr Tomazoviç Nareklişvili adını daşıyıb və onun versiyasına əsasən, Ukraynada qanunsuz narkotik dövriyyəsində əli var. "Stop Grave" nümayəndəsi, həmçinin belə bir fikir bildirib ki, Ukrayna xüsusi xidmətləri və "İnterpol" cinayətin əsl təşkilatçılarını axtarmayacaq, çünki onun iddiasına görə, Petrovski Ukrayna hakimiyyətinin himayəsindən istifadə edir və Ukrayna Təhlükəsizlik Xidmətinin nəzarətində olduğu iddia edilən çağrı mərkəzləri ilə əlaqəlidir. Qeyd edək ki, iyunun 29-da axşam Monakoda de Myulen meydanının yaxınlığında güclü partlayış baş verib. Knyazlığın dövlət naziri Kristof Mirman bildirib ki, əldəqayırma partlayıcı qurğunun içində bolt və qırma (qranula) olub və qeyd edib ki, belə bir insident Monako tarixində ilk olub. İlkin olaraq sıralarında Vadim Yermolayevin də olduğu üç zərərçəkən barəsində məlumat verilib. Daha sonra Kristof Mirman daha dörd nəfərin xəstəxanaya çatdırıldığını qeyd edib. Həkimlərdə partlayış nəticəsində aşağı ətraflarının bir hissəsini itirən qadının vəziyyəti xüsusilə narahatlıq doğurur. Təsdiqlənməmiş məlumatlara görə, qadın ukraynalı bir iş adamını müşayiət edirmiş.
Mənbə oxu.az

Oxşar Xəbərlər