Dünya

Aİ-dən dəyəri 150 avroya qədər olan bağlamalara gömrük rüsumları

01 Jul 2026, 17:48 1 baxış
Aİ-dən dəyəri 150 avroya qədər olan bağlamalara gömrük rüsumları
Avropa İttifaqı (Aİ) Çinin onlayn mağazaları ilə mübarizə aparmaq və öz pərakəndə ticarətini dəstəkləmək məqsədilə dəyəri 150 avroya qədər olan beynəlxalq bağlamalar üçün 3 avro məbləğində sabit gömrük rüsumları tətbiq edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen özünün "X" hesabında məlumat verib. "Bu gündən etibarən elektron ticarət çərçivəsində dəyəri 150 avroya qədər olan bağlamalara gömrük rüsumları tətbiq olunur. 30 milyon avropalı pərakəndə satışda çalışır - bu, Aİ-də ən böyük özəl işəgötürəndir", - deyə o yazıb. Ursula fon der Lyayen əlavə edib ki, bir çox xarici mallar Aİ təhlükəsizlik standartlarına cavab vermir və bu da istehlakçılara təhdiddir. Fon der Lyayen qeyd edib ki, bu gömrük tədbiri Avropa biznesi üçün ədaləti bərpa etməyə imkan verəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər