Dünya

İranda Əli Xamenei ilə vida günlərində 850 məhbus əfv olunacaq

01 Jul 2026, 15:56 1 baxış
İranda Əli Xamenei ilə vida günlərində 850 məhbus əfv olunacaq
İran rəhbərliyi ölkənin həlak olmuş ali lideri Əli Xamenei ilə vida mərasimi günlərində yüngül cinayətlər törətmiş ən azı 850 məhbusun əfv edilməsi barədə göstəriş verib. Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Pul Kompensasiyalarının Ödənilməsi üzrə Xalq Qərargahının qəyyumlar şurasının sədri Seyid Əsədullah Culai açıqlama verib: "Ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş 850 məhbusun azadlığa buraxılmasını dəstəkləmək məqsədilə bazar günü dövlət və ictimai qurumların nümayəndələrinin iştirakı ilə keçirilən xüsusi iclasda ölkənin bütün 31 əyalətindən daxil olan işlərə baxılıb. Nəticə etibarilə maliyyə öhdəliklərinə görə həbsdə olan 520 nəfərin, eləcə də nikah müqavilələri və aliment ödənişləri ilə bağlı işlər üzrə məhkum edilmiş 330 nəfərin azadlığa buraxılması barədə qərar qəbul edilib". Əli Xamenei ilə vida mərasiminə iyulun 3-də Tehranda başlanılacaq. Matəm tədbirinə ən azı 30 ölkədən gələn yüksəksəviyyəli nümayəndə heyətləri qatılacaq. İyulun 4-dən 5-dək Əli Xameneinin nəşi Tehranın Mosalla kompleksində (Tehranın ən böyük dini-ictimai kompleksi) saxlanılacaq və burada hər kəs mərhum liderlə vidalaşa biləcək. İyulun 6-da İran paytaxtının mərkəzi küçələrində matəm yürüşü keçiriləcək, bundan sonra cənazə ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə aparılacaq və burada iyulun 7-də yas mərasimləri təşkil olunacaq. Xameneinin dəfn mərasiminin isə iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində keçirilməsi planlaşdırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər