Dünya

Berlində Hitlerin sonuncu bunkerlərindən biri sökülə bilər

01 Jul 2026, 14:04 1 baxış
Berlində Hitlerin sonuncu bunkerlərindən biri sökülə bilər
Almaniyada Berlin yaxınlığındakı Hitlerin reyxskanselyariyasının əməkdaşlarının istifadə etdiyi bunkeri söküb yerində çoxmənzilli evlər və ofislər tikmək istəyirlər. Oxu.Az xəbər verir ki, bu barədə BBC məqalə dərc edib. Bildirilir ki, Hitlerin sevimli memarı Albert Şpeer tərəfindən tikilən yeni reyxskanselyariya binası İkinci Dünya müharibəsinin sonunda ciddi zərər görüb, daha sonra isə 1949-cu ildə sovet qoşunlarının əmri ilə dağıdılıb. Lakin bunker hələ də boş bir sahədə görünür. Berlinin mənzil məsələləri üzrə senatoru Kristian Gebler hesab edir ki, bu tikilini sökməyin vaxtı çatıb: "Biz sadəcə ziyarətgah ola biləcək bir bunkeri qorumaq üçün yeni yaşayış komplekslərinin tikintisinə mane olmayacağıq". Amma bu qərarın əleyhdarları bildirirlər ki, bunker saxlanmalıdır. "Berlin Yeraltı Dünyası" assosiasiyasının sədri Ditmar Arnold bildirib ki, bunkeri sökmək "dəlilik" olardı: "Bura cinayətkarlarla bağlı olan məkandır, nasist Almaniyasının hakimiyyət mərkəzi, Hitlerin yeni reyxskanselyariya binası idi və onun sonuncu qalıqlarıdır". Arnold Holokost Muzeyi ilə əməkdaşlıq edərək bu yeri müharibənin sonuna həsr olunmuş ekspozisiyası olan muzey və memoriala çevirmək istəyir: "Almaniyada həm kommunist, həm də nasist dövrünə aid çoxlu tarix məhv edilib. Biz bunu davam etdirə bilmərik", - D.Arnold deyir. O hesab edir ki, hətta bunkeri tamamilə sökmədən onun üstündə tikinti aparmaq da mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər