Dünya

İspaniyada avtobus binaya çırpılıb: 46 nəfər xəsarət alıb - VİDEO

01 Jul 2026, 13:32 1 baxış
İspaniyada avtobus binaya çırpılıb: 46 nəfər xəsarət alıb - VİDEO
Sərnişin avtobusu İspaniyanın Kataloniya muxtar birliyində yerləşən Lyeyda şəhərində binanın fasadına çırpılıb, azı 46 nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı məlumatı regionun tibbi yardım xidməti özünün "X" sosial şəbəkə hesabında paylaşıb.

Qurumun açıqlamasına əsasən, yaralılardan dörd nəfərin vəziyyəti kritikdir, digər doqquz nəfər isə nisbətən yüngül xəsarətlərlə tibb müəssisələrinə yerləşdirilib. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil və araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər