Dünya

KİV: ABŞ-də İranla bağlı danışıqlar müsbət qiymətləndirilib

01 Jul 2026, 09:16 2 baxış
KİV: ABŞ-də İranla bağlı danışıqlar müsbət qiymətləndirilib
ABŞ dövlət başçısının xüsusi nümayəndəsi Stiv Uitkoffla Ağ Ev lideri Donald Trampın kürəkəni Cared Kuşner Qətərin paytaxtı Dohada yerli liderlərlə səmərəli danışıqlar həyata keçiriblər. Oxu.Az xəbər verir ki, bu barədə amerikalı rəsmiyə istinadən "Bloomberg" agentliyi məlumat yayıb. Mənbə, həmçinin İran tərəfi ilə texniki xarakterli danışıqların davam etdirildiyini vurğulayıb. Bundan əvvəl Qətərin Xarici İşlər Nazirliyi bildirmişdi ki, ölkənin Baş naziri və XİN rəhbəri şeyx Məhəmməd bin Əbdürrəhman Ət Tani S.Uitkoff və C.Kuşnerlə ABŞ və İran arasında döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan memorandum çərçivəsindəki danışıqları müzakirə edib. Tərəflər, həmçinin Yaxın Şərqdə mövcud olan vəziyyət ətrafında fikir mübadiləsi aparıb, Livandakı atəşkəs məsələsinə xüsusi diqqət yetiriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər