Dünya

Çinin şimalında yenidən güclü zəlzələ baş verib

01 Jul 2026, 08:50 1 baxış
Çinin şimalında yenidən güclü zəlzələ baş verib
Çinin şimal bölgəsində yerləşən Sinxay əyalətində 5.2 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi açıqlayıb. Qurumun məlumatlarına əsasən, zəlzələnin episentri təqribən 186 min əhalisi olan Dunxuan şəhərindən 269 kilometr cənub-şərq istiqamətində yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb. İndiyədək hər hansı dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat verilməyib. Qeyd edək ki, bir neçə gün əvvəl Çinin Sıçuan vilayətində 5.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər