Dünya
Buzlu içkiləri sevənlərə xəbərdarlıq: Görünməyən təhlükə sizi xəstələndirə bilər
Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər bağırsaq infeksiyalarının mənbəyinə çevrilə bilər. Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Asiyat Abdullayeva "RT"yə müsahibəsində danışıb. "Ən çox rast gəlinən pozuntular arasında qaynadılmamış kran suyundan istifadə, buz generatoru və buz qəliblərinin lazımi qaydada təmizlənməməsi, eləcə də yuyulmamış əllərlə işlənilməsi yer alır", - deyə o xəbərdarlıq edib. Asiyat Abdullayevanın sözlərinə görə, buz yalnız butulkalanmış və ya əvvəlcədən qaynadılmış sudan hazırlandıqda təhlükəsiz hesab olunur. Bundan əlavə, buzun hermetik qablaşdırmada saxlanılması və çiy ət, balıq kimi məhsullardan uzaq tutulması tövsiyə edilir. "Bulanıq buz kubları, yad qoxu və ya qeyri-bərabər quruluş buzun keyfiyyətinə şübhə yaradır. Belə hallarda həmin buzdan hazırlanmış içkidən imtina etmək lazımdır. Təhlükəsiz buz, adətən, şəffaf və təmiz olur", - deyə mütəxəssis bildirib.
Mənbə
oxu.az