Dünya
Dünyanın ən qəribə və uğursuz smartfon modelləri məlum olub - FOTO
BGR nəşrinin jurnalistləri bazara çıxarılmış ən qeyri-adi dizayna malik smartfonların siyahısını hazırlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə BGR nəşri məlumat yayıb. Məqalə müəlliflərinin sözlərinə görə, siyahıya daxil edilən bütün smartfonlar "Android" əməliyyat sistemi əsasında fəaliyyət göstərir. Bu platforma istehsalçılara qeyri-adi ideyaları həyata keçirmək üçün daha geniş imkanlar yaradıb. Ekspertlərin diqqət çəkdiyi ilk modellərdən biri ekranı 90 dərəcə fırlana bilən "LG Wing 5G" smartfonu olub. Jurnalistlərin fikrincə, bu model standart dizayn yanaşmalarına meydan oxuyur, motorlu açılan kamerası və qeyri-adi konstruksiyası ilə istifadəçilərə fərqli təcrübə təqdim edirdi.
Siyahıda həm "BlackBerry OS", həm də "Android" tətbiqlərini dəstəkləyən ilk cihazlardan biri olan "BlackBerry Passport" da yer alıb.
Bundan başqa, 3D effektli displeyə malik "Amazon Fire Phone" modeli də xatırlanıb. Mütəxəssislərin fikrincə, bu smartfon yekunda istifadəçilər üçün praktik üstünlük yaratmayan əlavə kameralarla təchiz edilmiş uğursuz layihəyə çevrilmişdi.
İnteqrasiya olunmuş proyektora malik "Samsung Galaxy Beam i8530" modeli də siyahıda yer alıb.
Ekspertlər həmçinin daxili dayağı sayəsində masaüstü saat kimi də istifadə oluna bilən "Motorola Backflip" cihazını fərqləndiriblər. Jurnalistlər sonda qeyd ediblər ki, bu qeyri-adi dizaynlı smartfonların hər biri texnoloji baxımdan maraq doğursa da, nəticədə kommersiya baxımından uğursuz olub.

Mənbə
oxu.az