Dünya

"Ferrari" və BMW misdən alüminiuma keçirlər

01 Jul 2026, 01:36 1 baxış
"Ferrari" və BMW misdən alüminiuma keçirlər
Premium avtomobil istehsalçıları "Ferrari" və BMW elektrik naqillərində daha az misdən, daha çox isə alüminiumdan istifadə olunacaq yeni modellər hazırlayırlar. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu addım əsasən istehsal xərclərinin azaldılmasına hesablanıb. Bununla da Avropa avtomobil istehsalçıları daha əvvəl bir sıra Çin şirkətləri və ABŞ-nin "Tesla" şirkəti tərəfindən tətbiq edilən tendensiyaya qoşulurlar. "JPMorgan" bankının hesablamalarına görə, avtomobil istehsalçılarının misdən istifadəsini tədricən azaltması bu il sözügedən metala olan qlobal tələbatın təxminən 2 faiz azalmasına səbəb olacaq. "Reuters"in rəyini öyrəndiyi ekspertlər bildiriblər ki, misin bahalaşması və tədarük zəncirindəki qeyri-sabitlik fonunda yaxın gələcəkdə daha çox avtomobil istehsalçısı daha ucuz alternativ olan alüminiuma üstünlük verə bilər. Bundan əlavə, 18 avtomobil şirkətinin nümayəndəsi agentliyə açıqlamasında qeyd edib ki, alüminiumdan istifadə yalnız istehsal xərclərini azaltmır, həm də avtomobillərin çəkisinin yüngülləşdirilməsinə imkan yaradır.
Mənbə oxu.az

Oxşar Xəbərlər