Dünya

Kaliforniya körfəzində zəlzələ baş verib

01 Jul 2026, 01:54 1 baxış
Kaliforniya körfəzində zəlzələ baş verib
Meksika sahillərində, Kaliforniya körfəzində 6.0 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Yeraltı təkanların episentri Meksikanın əhalisi 256 min nəfər olan Los-Moçis şəhərindən 108 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Kaliforniya körfəzində zəlzələ baş verib
Mənbə oxu.az

Oxşar Xəbərlər