Dünya

Monakodakı partlayışda Ukrayna Təhlükəsizlik Xidmətinin əlinin olduğu güman edilir

01 Jul 2026, 00:36 1 baxış
Monakodakı partlayışda Ukrayna Təhlükəsizlik Xidmətinin əlinin olduğu güman edilir
Monakoda ukraynalı iş adamı Vadim Yermolayevə qarşı törədilən sui-qəsddə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əlinin olması versiyası partlayışla bağlı başlanmış istintaq çərçivəsində əsas ehtimallardan biri hesab olunur. Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb. Nəşr xatırladır ki, Vadim Yermolayev Ukrayna vətəndaşlığından imtina edib və Kiyev tərəfindən fərdi sanksiyalara məruz qalıb. "Əldə etdiyimiz məlumata görə, bu hücum qəsdən adamöldürmə cəhdindən daha çox "xəbərdarlıq" xarakteri daşıyır", - deyə "Le Figaro" iddia edib. Bununla yanaşı, "Nice-Matin" nəşri də öz mənbələrinə istinadən yazır ki, Monakoda baş vermiş partlayış zamanı yaralanan ukraynalı iş adamı təcili tibbi yardım helikopteri ilə Fransanın Tulon şəhərindəki xəstəxanaya çatdırılıb. Xatırladaq ki, iyunun 29-u axşam saatlarında Monakoda güclü partlayış baş verib. Hadisə nəticəsində üç nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib, daha dörd nəfər isə yüngül xəsarət alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər